İKT
NASA Marsa səyahət üçün könüllülər axtarır
NASA bu yaxınlarda həyata keçirəcəyi insanın Marsın səthinə səyahəti missiyasının simulyasiyasında bir il təcrid olunmuş vəziyyətdə yaşayacaq könüllülər axtarır.
Publika.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, seçiləcək dörd könüllü agentliyin növbəti simulyasiya edilmiş bir illik Mars səthinə səyahət missiyasında iştirak edəcək. Bu missiya gələcəkdə insanların Qırmızı planeti kəşf etmələri üçün hazırlanan planlar çərçivəsində onlara məlumat toplamaqda kömək etmək üçün nəzərdə tutulub.
Bu simulyasiya NASA-nın bir il davam edən ikinci Mars təcrübəsidir. Onlardan birincisi 2023-cü ilin iyununda başlayıb və simulyasiya prosesində iştirak edən könüllülər hələ bir neçə ay təcrid şəraitində olacaqlar. Plana əsasən, CHAPEA (Crew Health and Performance Exploration Analog) adlı üç yerüstü missiyadan ikincisinə 2025-ci ilin yazında başlanacaq. Missiyalara NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində 3D formatında çap edilmiş 1700 kvadrat metrlik bazada işləyən və birlikdə yaşayan dörd nəfərlik ekipaj daxildir.
Marsın səthini təqlid edən “Dune Alpha” adlanan baza Qırmızı planetdə ilk insanların qarşısına çıxacaq çətinlikləri simulyasiya etmək üçün nəzərdə tutulub. Bu problemlərə resurs çatışmazlığı, avadanlıqların nasazlığı, rabitə gecikmələri və stress yaradan digər vəziyyətlər daxildir.
İkinci CHAPEA missiyası üçün müraciətlər aprelin 2-dək qəbul ediləcək. Missiyanın özünün 2025-ci ildə başlanması planlaşdırılır. İştirakçılar 30 və 55 yaş arası sağlam, siqaret çəkməyən, ingilis dilini bilən, "unikal, faydalı macəralar və Marsa ilk insan səyahətinə hazırlaşmaq üçün NASA-nın missiyasına töhfə verməkdə maraqlı olan" ABŞ vətəndaşları arasından seçiləcək.
Ekipaj üzvlərinin mühəndislik, riyaziyyat, biologiya, fizika və kompüter elmləri kimi STEM sahələri üzrə magistr dərəcəsi olmalıdır. Onlar, həmçinin ən azı iki illik peşəkar STEM biliklərinə və ya təyyarəni idarə etmək üçün minimum 1000 saatlıq təcrübəyə malik olmalıdırlar.
Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)










.jpg)

.jpg)














.jpg)