İKT
Ölən astronavtı niyə kosmosda saxlamaq olmaz? - ŞOK SƏBƏB
Ölən astronavtları gəminin göyərtəsində saxlamaq olmaz, çünki cəsəd mumiyalaşır və peyklərə çarparaq onlara ciddi ziyan vura bilər. Bu nəticəyə ABŞ-ın Baylor Kollecindəki Kosmik Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri gəliblər.
Publika.az xəbər verir ki, onların araşdırması "Livescience" portalında dərc olunub.
Doktor Jimmy Voo izah edib ki, vakuumda insanın dərisindəki bütün mayelər anında buxarlanacaq və bədəndəki su donacaq, buna görə də kosmosdakı bədən sərtləşəcək və mumiyaya bənzəyəcək. Bu halda peykin və ya gəminin ölmüş astronavtla toqquşması meteoritin gövdəyə dəyməsinə bərabərdir ki, bu da nasazlıqlara səbəb olacaq.
Bundan əlavə, cəsəd hansısa planet və ya asteroid tərəfindən cəlb oluna bilər, bundan sonra səma cisminin bioloji çirklənməsi baş verəcək. Mütəxəssislər əmindirlər ki, ölən astronavt radiasiyanın təsiri altında tədricən toza çevriləcək, lakin bu, uzun illər çəkəcək.
ISS-də mərhumu Yerə çatdırmaq üçün 72 saat saxlaya bilən xüsusi çantalar var. Alim qeyd edib ki, söhbət uzunmüddətli uçuşlardan gedir, məsələn, Marsa.
Mütəxəssisin fikrincə, ideal variant cəsədin Yer atmosferində yandırılmasıdır, lakin əgər gəmi artıq uzaq planetlərə yollanırsa, o zaman başqa variantlar axtarmaq lazım gələcək və elm hələ ki, bu mövzuda heç bir nəticə əldə etməyib.
Cəmilə
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)










.jpg)

.jpg)














.jpg)