İKT
Sosial şəbəkələrin çökməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ
“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Publika.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:
"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".
xxx
Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.
Publika.az xəbər verir ki, feysbukun fəaliyyəti bərpa edilib.
Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır.
xxx
20:25
“Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.
Publika.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.
“Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik”, - deyə elanda qeyd olunub.
xxx
19:35
Azərbaycanda “Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Publika.az xəbər verir ki, anidən hesablardan çıxış edilib.
Hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Problemlə əlaqədar "Downdetector" da məlumat yayıb.
İstifadəçilərin sözügedən platformalara daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Həmçinin qeyd edilir ki, öz hesabına daxil olanlar üçün xəbər lenti yüklənmir, "Instagram"da video bölməsi - "Reels" işləmir.
Son 20 dəqiqə ərzində dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Avropa ölkələrindən və digər ölkələrdən 500 mindən çox istifadəçi sosial şəbəkədə problemlər barədə məlumat verib.
Problemin səbəbi hələlik məlum deyil, şirkət nümayəndələridə rəsmi açıqlama verməyiblər.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
















.jpg)



















