İKT
“SpaceX” daha 23 internet peykini orbitə çıxardı
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.
Publika.az xəbər verir ki, daşıyıcı raket martın 15-də ABŞ-ın şərq sahilləri vaxtı ilə saat 20:21-də Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan start götürüb. Onun artıq 19-cu dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “A Shortfall of Gravitas” platformasına vertikal eniş edib.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6 mindən çox peyk buraxıb. Hazırda onların 5,6 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)









.jpg)

.jpg)















.jpg)