İKT
“Google” ödənişli olacaq - İDDİA
Dünyada bir milyarddan çox insanın istifadə etdiyi “Google”un süni intellektin (AI) yaratdığı premium məzmuna görə ödənişli olacağı iddia edilir.
Publika.az xəbər verir ki, "Alphabet"ə məxsus şirkətin iş modelini yenilədiyi və əsas məhsullarının bir hissəsinin ödənişli olacağı bildirilir.
İddia doğru olarsa, bu, “Google”un hər hansı məzmun üçün ilk dəfə ödəniş alması olacaq. “Google” mövzu ilə bağlı heç bir açıqlama verməyib.
"Financial Times"ın (FT) məlumatına görə, şirkət artıq “Google”un viral çatbot "ChatGPT" versiyası olan "Gemini" adlı yeni texnologiyanı istifadəyə verib. Bildirilir ki, rəhbərlər texnologiyadan istifadə edib-etməmək barədə hələ qərar qəbul etməyiblər, lakin mühəndislər xidməti tətbiq etmək üçün lazım olan texniki bilikləri inkişaf etdirirlər.
FT qeyd edib ki, “Google”un ənənəvi axtarış sistemi pulsuz olaraq qalacaq.
Qeyd edək ki, “Google” 2015-ci ildən internet istifadəçilərinin 80 faizindən çoxu ilə masaüstü axtarış bazarında üstünlük təşkil edir. Müxtəlif vebsaytlar onun bir milyarddan çox gündəlik istifadəçisi olduğunu iddia edir. “Google”un gəlirlərinin böyük hissəsi reklamdan gəlir. 1,6 trilyon dollar gəlirlə dünyanın ən böyük internet şirkətlərindən biri hesab olunur.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR










.jpg)









.jpg)

.jpg)














.jpg)