İKT
Dünyanın ən böyük rəqəmsal kamerası yaradıldı: fövqəlnovaları görmək olacaq
ABŞ Energetika Departamentinin SLAC Milli Sürətləndirici Laboratoriyasının alim və mühəndisləri dünyanın ən böyük rəqəmsal kamerasını - "Legacy Survey of Space and Time"ı (LSST) yaradıblar.
Publika.az xəbər verir ki, bu barədə Phys.org-un yaydığı press-relizdə məlumat verilib.
Bildirilib ki, 3200 meqapiksellik bu cihaz And dağlarında ( Çili ) 2,7 kilometr hündürlükdə yerləşən Cerro Paçon dağındakı Rubin Rəsədxanasının Tədqiqat Teleskopunda quraşdırılacaq.
Kameranın çəkisi təxminən üç ton, obyektivinin diametri isə 1,5 metrdir. Vakuum kamerasının içərisində diametri təxminən bir metr olan başqa bir lens var. Fokus müstəvisində 201 sensordan ibarət və insan saçının eninin onda birindən çox olmayan CCD massivi var. Piksellərin eni cəmi 10 mikrondur.
LSST qalaktikaların paylanması və Kainatın zamanla necə dəyişdiyini öyrənmək üçün nəzərdə tutulub. O, həmçinin qaranlıq maddə qruplarını və fövqəlnovaları müşahidə etmək üçün istifadə olunacaq.
Tədqiqatçılar qalaktikanın strukturunu və təkamülünü, həmçinin ulduzların və içindəki digər obyektlərin təbiətini daha yaxşı başa düşməyə imkan verəcək Süd Yolunun daha ətraflı xəritəsini yaratmağı gözləyirlər.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR










.jpg)









.jpg)

.jpg)














.jpg)