İKT
Asan yolla pul qazanmaq TƏKLİFİ: yeni dələduzluq növü aşkarlandı - VİDEO
Son vaxtlar “WhatsApp” vasitəsilə vətəndaşlara asan yolla pul qazanmaq adı ilə mesajlar gəlir.
Publika.az xəbər verir ki, mesajlarda ya hər hansı reklamı izlədikdən sonra ödəniş almaq, ya da hər hansı videoya şərh yazdıqdan sonra qazanc əldə ediləcəyi vəd edilir.
Əvvəlcə kiçik məbləğlər həqiqətən də istifadəçilərə ödənilir və inam yaradılır. Daha sonra məbləğ artdıqca, guya hesabın təsdiqlənməsi üçün istifadəçidən əlavə ödəniş və pulun köçürülməsi üçün bank kartı məlumatları tələb olunur. Beləliklə, kiberdələduzlar bu üsulla sosial şəbəkə istifadəçilərinin pulunu və kart məlumatlarını ələ keçirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, kiberdələduzlar “qazanc” təklif etdikləri nömrələri əsasən sosial şəbəkələrdəki və ya saytlardakı boşluqlardan əldə edirlər.
Ekspertin sözlərinə görə, belə dələduzların qurbanına çevrilən istifadəçilərin əksəriyyəti kiçik məbləğlər əldə etdikdən sonra şirniklənirlər. Bu isə onlara baha başa gəlir.
Ekspert vətəndaşları belə mesajlara qarşı diqqətli olmağa, bu kimi asan qazanc təkliflərinə inanmamağa, şəxsi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyə çağırıb.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR










.jpg)









.jpg)

.jpg)














.jpg)