İKT
"Telegram" hesabları bu üsulla ələ keçirilir
Son vaxtlar "Telegram" hesablarının oğurlanması kütləvi hal alıb.
Publika.az xəbər verir ki, İKT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.
Vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur. Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Mütəxəssis bildirib ki, dələduzlar teleqram hesablarını ələ keçirəndən sonra ondan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar.
Elvin Abbasov deyir ki, heç kəs özünün sosial şəbəkə hesabının kiməsə lazım olmadığını düşünməməlidir. Onun sözlərinə görə, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.
Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR










.jpg)









.jpg)

.jpg)














.jpg)