İKT
Alimlər xəbərdarlıq etdi: Onlar dünyanı dağıdacaqlar
Yapon rəsmiləri süni intellektin sosial nizamı məhv edə biləcəyini və onun yaradacağı problemlərin faydalarından daha çox olduğunu deyiblər.
Publika.az xəbər verir ki, “Nippon Telegraph and Telephone” (NTT) şirkətinin Yaponiyanın qabaqcıl qəzetlərindən biri olan “Yomiuri Shimbun” ilə birgə yayımladığı bəyanatda süni intellektin istifadəsi ilə bağlı yeni qaydaların müəyyən edilməsinin lazım olduğu açıqlanıb.
“Wall Street Journal”nın (WSJ) məlumatına görə, bəyanatda deyilir: “Ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsinə səbəb ola bilər ki, bu da müharibələrə gətirib çıxaracaq. Yaponiya hökuməti 31 oktyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün süni intellektdən istifadə edəcək. NTT və “Yomiuri Shimbun” şirkətlərinin direktorları son bir il ərzində Tokiodakı Keio Universitetinin alimləri ilə süni intellekt texnologiyasını müzakirə edirlər”.
Dekabr ayında qəzetdə dərc olunan redaksiya məqaləsində ABŞ-dan ölkəyə gətirilən süni intellekt proqramlarının dərin saxta videoların və dezinformasiyaların istehsalına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Süni intellekt sahəsində aktiv araşdırmalar aparan NTT Amerika texnologiya şirkəti Open AI tərəfindən istehsal edilən “ChatGPT”yə bənzər bir süni intellekt proqramı hazırlayıb. Şirkətin biznes sektorundakı tərəfdaşları ilə paylaşdığı "tsuzumi" adlı proqram daha az emal gücü tələb edir və Yapon əmrləri ilə daha effektiv işləyə bilir.
Avropa Parlamenti martın 13-də dünyada ilk süni intellekt qanununu qəbul edib. Avropa Süni İntellekt Qanunu parlamentdə 523 deputatın səsi ilə qəbul edilib. Tətbiq çərçivəsində xüsusilə təhlükəsizlik qüvvələrinin biometrik identifikasiya sistemlərindən istifadə etməsinə məhdudiyyətlər qoyulub.
Aysel Şahmar
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)


























.jpg)


