İKT
"Tarakan dron” hazırlandı
İsveçrə mühəndisləri uçuş zamanı maneələri dəf edən və onların yanından sərbəst ötüb keçə bilən dron hazırlayıblar.
Publika.az xəbər verir ki, İsveçrənin Federal Meşə, Qar və Landşaft Araşdırmaları İnstitutu (WSL) sıx meşə bitki örtüyü olan ərazilərdə ətraf mühitin monitorinqinin ciddi problem olaraq qaldığını bildiriblər. Budaqlar dronların uçuşa davam etməsinə mane olur və onu öz trayektoriyasından ayırır.
Buna görə də, WSL mühəndislər qrupu Sürix Federal Ali Texniki Məktəbinin və Piza Universitetinin alimləri ilə birlikdə bu problemin həllini tapıblar. Onlar müvafiq texnologiya ilə tarakanabənzər PUA yaradıblar. Belə ki, dron ətraf mühitdə budaqlar və ya digər bitki örtüyü ilə təmasda olduqda, toxunma reaksiyasını təmin edən ətraf mühit zəkası ilə təchiz edilib. İlk sınaqlarda “tarakan dron” uçuş zamanı yarpaqlı budaqları uğurla itələyə və onların yanından keçə bilib.
Alimlər növbəti mərhələdə drona eyni anda bir neçə maneəyə reaksiya verməyi öyrətməklə, onu təkmilləşdirməyi planlaşdırırlar.
Qeyd edək ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı










.jpg)









.jpg)


.jpg)


.jpg)













