İKT
Kritik informasiya təhlükəsizliyi: 5 türk dövləti bir araya gəldi - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.
Publika.az xəbər verir ki, forumda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk dövlətləri Təşkilatlarına üzv dövlətlərin təcrübəsi" panelində beş türk ölkəsinin nümayəndəsi bu sahədəki təcrübələrini bölüşüblər.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov çıxışında Azərbaycanda olduğu kimi türk dövlətlərində də İT sahəsində qadınların rolunun artırılmasını təklif edib:
""Digital Umbrella " şirkətinin təsisçisi və direktoru Ulduzə Xəlilova qadınların İT-də rolunun Azərbaycanda gender bərabərliyində çox böyük uğur əldə etdiyini söylədi. Bunu fəaliyyətimizdə də müşahidə edirik. Bu hərəkat digər dövlətlərdə də qlobal olaraq mövcuddur və inkişaf edir. Ona görə də Ulduzə xanımin qeyd etdiyi rəqəmlərdən yola çıxaraq fürsətdən istifadə edib türk dövlətlərində də qadınların bu sahədə təşkilatlanmasını zəruri hesab edirəm ".
Paneldə çıxış edən Türkiyə Respublikası Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzinin (USOM) rəhbəri Mahmut Esat Yıldırım türk dövlətləri arasında kibertəhlükəsizliyi standartlarının müəyyən olunmasını təklif edib.
Daha sonra Qazaxıstan Respublikası Dövlət Texniki Xidmətinin İdarə Heyətinin sədr müavini Ulukbəy Şambulov bu sahədən danışarkən kritik infrastruktur sahəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.
Özbəkistan Respublikası Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Azam Qafurov bildirib ki, kiber problemlər bir ölkənin problemi deyil:
"Kiber təhdidlər qlobal ictimaiyyətin problemidir. Bu problemin həlli üçün qonşu ölkələr bir-birinə kömək etməlidir".
Paneldə çıxış edən Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin üzvü, “CERT” Strateji İnkişaf qrupunun rəhbəri Kubanychbek Dzhumaev bildirib ki, kiber cinayətlər heç bir məhdudiyyət tanımır:
"Qırğızıstanda kibertəhlükəsizliyi haqqında qanun layihəsi parlamentdə oxunuş mərhələsindədir".
Panel maraqli müzakirələrlə davam edib.
Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)


















.jpg)







.jpg)


