İKT
“Nvidia” yeni süni intellekt çiplərini anons etdi
“Nvidia” kompaniyasının baş direktoru Censen Huanq süni intellekt sürətləndiricilərinin illik yenilənməsi planını təqdim edib.
Publika.az xəbər verir ki, “Nvidia” kompaniyasının baş direktoru “Computex” sərgisində istehsalı 2025-ci ildə nəzərdə tutulan “Blackwell Ultra” çipini və 2026-cı ildə əlçatan olacaq “Rubin” adlı yeni – növbəti nəsil platformasını təqdim edib.
Süni intellektlə işləyən məlumat mərkəzi sistemləri ilə tanınan bu kompaniya Tayvanda keçirilən “Computex” sərgisində yeni alətlər və proqram modellərini də nümayiş etdirib. “Nvidia” süni intellektin inkişafını sənaye inqilabı kimi qiymətləndirir və bu prosesdə mühüm rol oynamaq niyyətindədir.
C.Huanq süni intellektin müxtəlif şirkətlərə və dövlət qurumlarına təsirinin genişləndirilməsi ilə bağlı gözləntilərini ifadə edərək bildirib ki, bu texnologiyalar müxtəlif sahələrdə, o cümlədən gəmiqayırma və dərmanların hazırlanmasında istifadə olunur.
Məlumatların yüksək sürətlə artması yeni emal üsullarına ehtiyac yaradır və yalnız “Nvidia”nın sürətləndirilmiş hesablamaları ilə xərclərə qənaət etmək olar. Baş direktor şirkətin texnologiyaları sayəsində səmərəliliyin və enerjiyə qənaətin əhəmiyyətli dərəcədə artdığını qeyd edib. C.Huanq, həmçinin yüksək ötürmə qabiliyyətinə malik yaddaşın növbəti nəsli olan HBM4-dən istifadə edəcək süni intellekt üçün “Rubin” platformasını da elan edib. Bununla belə, o, “Blackwell”dən sonra gələcək məhsullar haqqında təfərrüatları açıqlamayıb.
“Computex” sərgisində “Microsoft” və onun tərəfdaşları “Copilot+” brendi altında təkmilləşdirilmiş süni intellektə malik yeni notbukları da təqdim ediblər. Yeni prosessorları olan qurğular “Nvidia” və ya “Qualcomm Inc” ilə müqayisədə batareyanın daha uzunmüddətli işini təmin edir. “Nvidia” qrafik kartlarının əlavə edilməsi cihazın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və populyar proqramlarda, o cümlədən oyunlarda yeni funksiyaları işə salacaq. “ASUS Computer Inc.” öz kompüterlərində məhz bu xüsusiyyətləri təklif edir.
“Nvidia”, həmçinin onun çiplərindən istifadə edən server kompüterləri üçün yeni dizaynlar buraxır. MGX proqramı “Hewlett Packard Enterprise Co” kimi şirkətlər tərəfindən və “Dell Technologies Inc.” korporasiyalar və dövlət qurumları üçün məhsulları bazara sürətlə çıxarmaq üçün istifadə olunur. “Advanced Micro Devices Inc.” və “Intel Corp.” məhsullarında “Nvidia”nın server dizaynlarından da istifadə edirlər.
Digər texnologiya şirkətlərinin süni intellektdə liderlə rəqabət aparmağa çalışmasına baxmayaraq, “Nvidia”nın səhmləri ilin əvvəlindən 120 faizdən çox artıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)


















.jpg)







.jpg)


