İKT
“WhatsApp”da İNQİLABİ YENİLİK: süni intellekt müştərilərlə danışacaq
“WhatsApp” messenceri biznes hesablarının idarə edilməsi üçün süni intellektə (AI) əsaslanan köməkçi təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Meta” şirkətinin təsisçisi Mark Zukerberq məlumat verib.
Onun sözlərinə görə, messencer müxtəlif tapşırıqlar, o cümlədən biznes üçün bir neçə süni intellekt sistemini işə salacaq. Neyroşəbəkə müştərilərlə danışan, müşayiət edən və kommersiya fəaliyyəti quran vasitəçi kimi çıxış edəcək.
O qeyd edib ki, biznes istifadəçiləri müştəriləri "WhatsApp" çatına yönləndirəcək "Facebook" və "Instagram" sosial şəbəkələrində ünvanlı reklam üçün süni intellekt sistemlərindən istifadə edə biləcəklər. Süni intellekt həm də alınan suallara avtomatik cavab verə biləcək.
Qeyd edək ki, bundan əvvəl "WhatsApp" yeni funksiyanı təqdim edib.
Hüseyn İbadlı
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir










.jpg)






.jpg)




.jpg)


.jpg)












