İKT
Efirdə səslə görüntü arasında problem yarandı - İTV üzr istədi
İctimai Televiziya iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında olan problemlə bağlı tamaşaçılardan üzr istəyib.
Publika.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
İctimai tv məsələyə aydınlıq gətirərək bildirib ki, sözügedən hal bir sıra ölkələrin yayımçı telekanallarında da qeydə alınıb:
"Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb Avro2024 -də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub. Sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər".
Məlumatda vurğulanıb ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb:
"Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".
Xatırladaq ki, Avropa Çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında iki saniyəyə qədər fərq olub və bu uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın








.jpg)















.jpg)














