İKT
“ChatGPT”də nə qədər insan qeydiyyatdan keçib? - Gözlənilməz rəqəm
Generativ süni intellekt (AI) modelləri iş yerlərində gündən-günə daha çox yayılır.
Publika.az xəbər verir ki, 2024-cü ildə aparılan araşdırmaya görə, “ChatGPT” və “Google Gemini” chatbot tətbiqləri ən populyar hala gəlir.
Süni intellektdən istifadə işdə və ya asudə vaxtda sadə tapşırıqları yerinə yetirməkdən tutmuş əyləncə üçün məzmun yaratmağa qədər müasir dünyada daha geniş yayılır. Belə ki, flexos.work saytındakı “İş alətləri üçün ən yaxşı 100 generativ süni intellekt” siyahısına əsasən, chatbot iş yerlərində ən çox istifadə edilən tətbiqə çevrildiyi üçün ABŞ-da yerləşən “OpenAI”nin “ChatGPT” süni intellekt firması əsas məhsula çevrilib.
“ChatGPT” firmasından sonra “Google” şirkətinin əvvəllər “Bard” kimi tanınan “Gemini” tətbiqi ikinci yerdə, onlayn qrafik dizayn platforması üçün generativ alət olan “Canva AI Suite” isə üçüncü yerdə qərarlaşıb.
Siyahıda dördüncü yeri AI yazı yoldaşı “Quillbot”, işdə ən çox istifadə edilən süni intellekt alətləri üzrə beşinci yeri isə tədqiqat chatbotu “Perplexity AI” tutub.
Süni intellektlə işləyən kod tamamlama vasitəsi olan “GitHub Copilot” altıncı yerdədir. Onun ardından təsvir yaratma aləti “Leonardo AI”, yazı yoldaşı “Grammarly AI” və generativ süni intellekt aləti “Midjourney” gəlir.
Siyahıda ən çox istifadə edilən alətlərin 70 faiz payla GPT kimi tanınan generativ, əvvəlcədən öyrədilmiş transformatorlar olduğu ortaya çıxıb. Hazırda “ChatGPT” 180 milyon istifadəçiyə malikdir.
AI tendensiyaları ilə bağlı təhlil edilmiş məlumatları izləyən və nümayiş etdirən “Exploding Topics” veb-saytının məlumatına görə, təxminən 180 milyon insan “ChatGPT”də qeydiyyatdan keçmiş üzvdür, onların 12 faizi ABŞ-dandır, 600 milyon ziyarətçi isə platformadan aylıq istifadə edir.
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12 Avqust 12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı





































