İKT
Türkiyə süni intellekt üzrə milli strategiyasını yenilədi
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Milli Süni İntellekt (AI) Strategiyasının yeni mərhələsinin başlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, Yılmaz 71 bəndlik Fəaliyyət Planının daxil olduğu strategiyanın ölkədə iyulun 24-dən etibarən həyata keçirildiyini və 2024-2025-ci illəri əhatə edəcəyini bildirib.
“Yenilənmiş strategiyanın hazırlanmasında təkcə nazirlik və idarələr deyil, özəl sektor, o cümlədən ictimai təşkilatlar da iştirak edib”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, Fəaliyyət Planının məqsədlərindən biri də türk dövlətlərinin filoloqları arasında əməkdaşlığı gücləndirmək üçün Böyük Türk Dili Modelinin təbliğidir.
Bundan əlavə, süni intellekt sahəsində yeni kadrların hazırlanması, eləcə də dünya səhnəsində Türkiyənin maraqlarını təbliğ edən interaktiv bazanın hazırlanması nəzərdə tutulur.
Eyni zamanda, strategiya xaricdəki türk diasporu ilə sıx əlaqələr quracaq və süni intellekt sahəsində elmi tədqiqatların dəstəklənməsinə yönəlmiş təqaüd proqramlarına yol açacaq.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"








.jpg)



.jpg)














.jpg)











