İKT
Rəqibi İlon Maskı qabaqladı: Xəstələr “Apple Vision Pro”dan bu yolla istifadə edə bilərlər
Neyrotexnoloji startap “Synchron” tərəfindən hazırlanmış beyin-kompüter interfeysi (BCI) implantı sayəsində xəstələr öz düşüncələri ilə “Apple Vision Pro”dan istifadə edə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə şirkət özü açıqlama verib.
Bildirilir ki, artıq fiziki hərəkəti məhdud olan xəstələrin yalnız düşüncələrindən istifadə edərək cihazı idarə etməsi mümkündür.
Şirkət hazırladığı cihazı artıq ümumilikdə 10 xəstəyə implantasiya edib. Bununla belə, kommersiya istifadəsi üçün hələ də FDA təsdiqinə ehtiyacı var.
Həmçinin qeyd olunur ki, şirkət yalnız “Vision Pro” ilə məhdudlaşmayacaq, digər yeniliklər üzərində də işləyəcək.
Qeyd edək ki, İlon Maskın hazırladığı “Neuralink”dən fərqli olaraq, “Synchron” tərəfindən hazırlanmış BCI birbaşa beyin əməliyyatı ilə deyil, xəstənin yuxu arteriyası vasitəsilə implantasiya edilir.
Roza Şəfiyeva
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"








.jpg)






.jpg)



.jpg)









.jpg)








