İKT
İkinci şəxsə "Neuralink" implantı qoyuldu: "400 elektrod fəaliyyət göstərir"
"İkinci şəxs "Neuralink" şirkətinin istehsalı olan implantasiya prosedurunu uğurla keçib".
Publika.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask "YouTube" bloqeri Lex Friedman ilə podkastda deyib.
“Mən onu incitmək istəmirəm, amma görünür, bu implantla hər şey çox yaxşı getdi. Çoxlu siqnal qəbul edir və çoxlu elektrodlara malikdir. Əla işləyir”, - Mask bildirib.
Onun sözlərinə görə, xəstənin beynində 400 elektrod fəaliyyət göstərir.
Daha əvvəl "Neuralink" çipinə sahib olan ilk şəxs Nolan Arbaugh demişdi ki, bəzi elektrodlar onun beynindən uzaqlaşsa da (təxminən 15%-i hazırda işləyir), cihazın effektivliyi artmaqda davam edir. Arbo ümid edib ki, təcrübənin növbəti iştirakçısı elektrodların 90-100%-ni aktivləşdirə biləcək və bu, hazırda onun üçün mövcud olmayan yeni imkanlar açacaq.
Mask həmçinin şirkətin ilin sonuna qədər "Neuralink" implantları olan xəstələrin sayını 10-a çatdırmağı planlaşdırdığını bildirib.
2024-cü ilin yanvarında o, beyin implantı alan ilk şəxsin onurğa beyni zədəsi səbəbindən tamamilə iflic olan 29 yaşlı Nolan Arbauqh olduğunu açıqlayıb.
Cihaz beynin motor fəaliyyətinə cavabdeh olan bölgəsinə implantasiya edilib və beyin siqnallarını oxuyan mikrotellərə qoşulub. Bu siqnallar simsiz olaraq kompüter proqramına ötürülür və sahibinə öz düşüncələri ilə cihazı idarə etməyə imkan verir.
Texnologiya motor funksiyasını itirən insanlara kömək etmək üçün nəzərdə tutulub.
İyulun əvvəlində Mask eksperimentin başqa bir iştirakçısı üçün implant quraşdırmaq planlarını açıqlyıb.
Hüseyn İbadlı
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı



































