İKT
“OpenAI”dən gözlənilməz QƏRAR
Məşhur “ChatGPT” alətinin yaradıcısı olan “OpenAI” şirkəti hazır texnologiyanın olmasına baxmayaraq, süni intellektdən istifadə edilməklə yaradılmış mətnləri işarələmək üçün su nişanı sistemindən istifadə etməmək qərarına gəlib.
Publika.az xəbər verir ki, son bir il ərzində “OpenAI”də “ChatGPT” tərəfindən yaradılan mətnlərdə su nişanlarını aşkar edə bilən alət var. Süni intellektlə mətnin müəllifliyini yoxlamaq imkanı verən bu alət elmi məqalələrin yazılması zamanı süni intellektdən istifadənin qarşısını almaq istəyən təhsil müəssisələri üçün xüsusilə vacibdir.
Lakin şirkət daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları yaranıb. Bəzi işçilər su nişanlarından istifadənin şirkətin şəffaflığını artıracağına inanırlar. Digərləri bunun biznesə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
“OpenAI” tərəfindən sifariş edilən sorğunun nəticələri göstərib ki, “ChatGPT” istifadəçilərinin təxminən 30 %-i su nişanları tətbiq olunarsa, platformadan istifadə etməkdən imtina edəcək.
Potensial maliyyə itkiləri və xidmətin populyarlığının azalması şirkət rəhbərliyinin su nişanı sistemindən istifadə etməmək qərarı verməsinə gətirib çıxarıb.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"








.jpg)






.jpg)



.jpg)









.jpg)








