İKT
Bu ölkədə “X”dən istifadə edənlər 9 min dollar cərimələnəcək - Maskdan ilk REAKSİYA
Braziliya Ali Məhkəməsinin hakimi Alexander de Morais “X” sosial şəbəkəsinin fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib.
Publika.az xəbər verir ki, bu qərar sosial şəbəkənin sahibi İlon Maskın Braziliyadakı qanuni nümayəndəsini təyin etməkdən imtina etməsindən sonra verilib.
Məhkəmənin fəaliyyətini dayandırmaq qərarına baxmayaraq, "texnoloji hiylələrlə" “X” sosial şəbəkəsindən istifadə etməyə davam edən şəxslər və şirkətlər üçün gündəlik 50,000 real (təxminən 9,000 dollar) cərimə kəsilməsinə qərar verilib.
Bu barədə ölkənin Federal Ali Məhkəməsinin rəsmi internet saytında yerləşdirilən qərara əsasən, Braziliya Milli Telekommunikasiya Agentliyinin (Anatel) prezidenti Karlos Manuel Bayqorri sosial şəbəkənin fəaliyyətinin dayandırılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir.
"X" platformasının sahibi İlon Mask isə hesab edir ki, Aleksander de Morais platformanın ölkədəki fəaliyyətini dayandırmaqla söz azadlığını məhv edir.
Amerikalı sahibkar bu barədə “X” səhifəsində yazıb: “Söz azadlığı demokratiyanın əsasıdır”.
Xatırladaq ki, avqustun 17-də “X” senzura məsələsi ilə bağlı hakimiyyətlə münaqişə fonunda Braziliyadakı ofisini bağlamaq qərarını açıqlamışdı.
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək








.jpg)






.jpg)


.jpg)







.jpg)










