İKT
Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni bitki
Alimlər həm qapalı məkanlardakı havanı təmizləyə, həm də smartfonları doldurmaq üçün kifayət qədər enerji istehsal edə bilən süni bitki hazırlayıblar.
Publika.az xəbər verir ki, Nyu Yorkdakı “Binghamton” Universitetindən bir araşdırma qrupu 5 bioloji günəş hüceyrəsindən və bu hüceyrələrdə istifadə edilən fotosintetik bakteriyalardan ibarət süni yarpaq dizayn ediblər. Onlar daha sonra bu ixtiranın praktik tətbiqlərə çevrilə biləcəyini anlayaraq tədqiqatı genişləndiriblər.
Süni bitki prototipi 5 yarpaqlı sistemdən ibarətdir və karbon qazını təbii bitkilərdən çox daha təsirli şəkildə azalda bilir. Oksigen və elektrik enerjisi də istehsal edən bu bitki nəinki davamlı enerji təmin edir, həm də qapalı məkanların hava keyfiyyətini yaxşılaşdırır.
Sözügedən bitki fotosintez yolu ilə qapalı məkanda karbon qazının səviyyəsini 5000 ppm-dən 500 ppm-ə qədər, 90 faiz azalda bilər. Bu bitkilər də təbii bitkilər kimi işləyir. Su və qida maddələrinə ehtiyacı var.
Alimlər bu innovativ texnologiyanın havanın keyfiyyətini yaxşılaşdırmaq və davamlı enerji təmin etmək üçün potensialını vurğulayırlar.
Tədqiqat “Advanced Sustainable Systems” elmi jurnalında dərc olunub.
Roza
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi








.jpg)

















.jpg)









