İKT
İnsanabənzər robotun çəkdiyi ilk rəsm əsəri şok qiymətə satıldı
Britaniyalı riyaziyyatçı Alan Turinqin portreti Nyu-Yorkda keçirilən satışda insanabənzər robot tərəfindən yaradılmış ilk sənət əsəri kimi 1,32 milyon dollara hərraca çıxarılıb.
Publika.az xəbər verir ki, “A.I. God. Portrait of Alan Turing” adlı 2,2 metr hündürlüyündə olan portret dünyanın ilk ultra-real robot rəssamı “Ai-Da” tərəfindən hazırlanıb.
Əsər “Sotheby's” hərrac evində 120-180 min ABŞ dolları arasında ilkin hesablamalardan xeyli yüksək qiymətə satılıb.

Hərrac evindən verilən məlumata görə, portret üçün 27 təklif edilib. “Ai-Da” iki il ərzində proqramçılar, rəssamlar və psixoloqlar qrupu tərəfindən hazırlanıb və süni intellekt texnologiyası inkişaf etdikcə yenilənməyə davam edir.
Portretdə nümayiş olunan Alan Turinq nasist Almaniyasına qarşı müharibədə əsas rol oynayan və 1950-ci illərdə süni intellektin istifadəsini şübhə altına alan riyaziyyatçı və kompüter alimi olub.
Roza
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO








.jpg)











.jpg)







.jpg)








