İKT
"iPhone 16" istifadəçilərinə bəd xəbər: Nasazlıq, kənar səslər və qorxulu anlar...
"Reddit" istifadəçisi olan iki nəfər "iPhone 16" smartfonlarının başqalarının söhbətlərini səsləndirməsindən şikayətlənib və hələlik heç kim bunun səbəbini izah edə bilmir.
Publika.az xəbər verir ki, bu barədə "Phonearena.com" məlumat yayıb.
"Reddit" istifadəçisi bildirib ki, telefondan qəfildən kişi səsi, sonra isə qəza səsləri eşidilib. Təəccüblənən istifadəçi "iPhone"unu yoxlayıb və heç bir proqramın işləmədiyi məlum olub. Naməlum kişinin söhbəti bir müddət davam edib və sonda məlum olub ki, o, qəzaya düşüb. İki gün sonra problem təkrarlanıb və istifadəçi telefonla danışarkən birinin nalayiq sözlər işlətdiyini eşidib.
Başqa bir "iPhone" istifadəçisi də problemi oxşar şəkildə izah edib, lakin onun vəziyyətində eşitdiyi söhbətlər daha adi olub. Onun smartfonu bir kişi ilə iş yoldaşları arasında telefon danışığını səsləndiririb. İstifadəçi hansı proqramın işlədiyini öyrənmək üçün smartfonu yoxlayıb və heç bir problem görməyib.
Qeyd edək ki, hələlik "iPhone"larda bu problemə nəyin səbəb olduğu müəyyən edilməyib. Ola bilsin ki, bu, məxfilik səhvidir və "Apple" bundan xəbərdardır. Əgər daha çox istifadəçi bu problemlə qarşılaşarsa, istehsalçı rəsmi açıqlama verə bilər.
Adəm
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO








.jpg)











.jpg)







.jpg)








