İKT
Amerikalı "Starlink"ə avropalı rəqib gəlir: Sözü bir yerə qoydular
Aİ-nin aerokosmik və müdafiə sənayesi istehsalçıları "Airbus", "Leonardo" və "Thales" amerikalı sahibkar İlon Maska məxsus "Starlink" peyk şəbəkəsi ilə rəqabət aparmaq üçün birgə kosmik şirkət yaratmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, indiyədək Avropanın aparıcı peyk istehsalçıları yalnız istehsalın miqyasını genişləndirmək üçün birgə işləmək imkanlarını nəzərdən keçirib, Avropa sektoru isə "Starlink" şəbəkəsinin sürətli inkişafı fonunda böyük itkilərə məruz qalır.
"Avropanın "Airbus", "Thales" və "Leonardo" şirkətləri İlon Maska rəqib olmaq ümidi ilə yeni birgə kosmik şirkət yaratmaq planlarını nəzərdən keçirir", - agentliyin açıqlamasında deyilir.
Xəbər verildiyi kimi, "Leonardo" şirkətinin baş direktoru Roberto Cinqolani agentliyə təsdiqləyib ki, birgə proqramın strukturu hərbi raketlərin və raket sistemlərinin istehsalı üzrə Avropa korporasiyası MBDA-nın strukturuna əsaslanacaq.
Qeyd edilir ki, danışıqlar hələ ilkin mərhələdədir, lakin təklif olunan birgə layihə artıq İndoneziyada “Project Bromo” kod adını alıb.
Qeyd edək ki, "Starlink" planetin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş peyk şəbəkəsidir. Hazırda mövcud məlumatlara əsasən, orbitdə ümumilikdə 5841 "Starlink" peyki var. 2019-cu ildən bu şəbəkənin 6 mindən çox peyki orbitə çıxarılıb, ilin əvvəlindən isə 700-dən çox peyk buraxılıb. Son "Starlink" təqdimatı mayın 6-da baş tutub. Onun peyk internet abunəçiləri 60-dan çox ölkədə 2 milyon nəfərdən çoxdur.
Adəm
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat






.jpg)



















.jpg)









