İKT
“YouTube”da yenilik
“Gemini”nin süni intellekt köməkçisinin əsasını təşkil edən böyük dil modellərindəki təkmilləşdirmələr artıq ”Google”a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.
Publika.az xəbər verir ki, “YouTube” xidməti maarifləndirmə məqsədli minlərlə kanala videoməzmunun avtomatik dublyajı funksiyasına dəstəyi genişləndirib. Məsələn kulinariya bloqları olan və ya müxtəlif sahələrdə sənətkarlığın sirlərini paylaşan məzmun müəllifləri avtomatik dublyaj ala bilərlər. Gələcəkdə funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək.
Yenilikdən yararlanmaq üçün video müəllifinə sadəcə orijinal videonu normal rejimdə yükləmək kifayətdir. İstifadəçi yükləmə səhifəsi interfeysində tələb olunan xananı işarələyibsə, “YouTube” özü mənbə videonun dilini aşkar edəcək və müxtəlif dillərdə versiyalar yaradacaq. Hazırda dəstəklənən dillər ingilis, fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləridir.
“Google” xəbərdarlıq edir ki, “Gemini”nin insan nitqini müxtəlif dillərdə yenidən yaratmaq qabiliyyəti hələ də məhduddur. Assistent nəinki qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər, hətta onun tembri də videodakı orijinal səsin sahibinin tembrindən fərqlənə bilər. Gələcəkdə “YouTube” özünün avtomatik tərcüməçisinin nitqinə ifadəlilik əlavə etməyi vəd edir ki, bu da orijinalın emosionallığını daha yaxşı əks etdirəcək və hətta orijinal audio trekin səs-küyünü təkrarlayacaq.
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?







































