İKT
Bir həftə qaldı: "Whatsapp" bu telefonlarda işləməyəcək - SİYAHI
Məşhur mesajlaşma tətbiqi "WhatsApp" 1 yanvar 2025 tarixindən etibarən bəzi telefon modellərində fəaliyyətini dayandıracaq. Meta tərəfindən yayımlanan siyahıya əsasən, tətbiq 8 gün sonra bəzi Motorola, Samsung, HTC, LG və Sony modellərində işləməyəcək.
Publika.az xəbər verir ki, Meta şirkəti, müəyyən aralıqlarla köhnə cihaz modellərinə dəstəyi dayandırır. Şirkət açıqlayıb ki, köhnə aparatlara malik olan və yeni versiyaları işlətdikdə çətinlik çəkən cihazlar üçün dəstək artıq başa çatıb.
İŞLƏMƏYƏCƏK MODELLƏRİN SİYAHISI:
Samsung:
Galaxy S3
Galaxy Note 2
Galaxy Ace 3
Galaxy S4 Mini
Motorola:
Moto G (1-ci nəsil)
Razr HD
Moto E 2014
HTC:
One X
One X+
Desire 500
Desire 601
LG:
Optimus G
Nexus 4
G2 Mini
L90
Sony:
Xperia Z
Xperia SP
Xperia T
Xperia V
"WhatsApp"ın inkişaf edən funksiyaları və platformaya əlavə olunan yeniliklər, bu cihazların köhnə texnologiyaları ilə uyğunsuzluq yaratdığı üçün tətbiqin işləməsinə mane olur. Yeniliklərin daha stabil işləməsi üçün müasir cihazların istifadəsi zəruridir. Buna görə də köhnə cihazlar üçün dəstək tamamilə dayandırılır.
"iPhone" istifadəçiləri üçün "WhatsApp" dəstəyinin son tarixi isə 2025-ci ilin may ayı olaraq müəyyən edilib. iOS 15.1 və daha köhnə versiyalara malik olan "iPhone" modelləri bu tarixdən sonra tətbiqdən istifadə edə bilməyəcək.
(Milli.az)
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi







.jpg)









.jpg)







.jpg)








