İKT
Onlar 5 000 manat cərimə olundular - Audiovizual Şura açıqladı
Audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən son 2 ayda platforma operatorlarına qarşı inzibati xəta haqqında 11 protokol tərtib olunub.
Bu barədə Publika.az-a Şuradan məlumat verilib.
Bildirilib ki, aparılan monitorinqlər nəticəsində sözügedən müddətdə "Artkom.Net" MMC, "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Clip TV" MMC, "Bulud Store" MMC (Bulud TV), "Smart Sistemz Technoloji" MMM (ODTV), "Beeonline" ASC, "Rahat Telecom" MMC, "Global Technology" MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya ((hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Belə ki, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib. .
Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Artkom.Net" MMC "Rahat Telecom" MMC, "Smart Sistemz Technoloji" MMM (ODTV) hər biri 5000 manat cərimə olunub. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.
Şuranın məlumatında vurğulanıb ki, bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizə davam edir:
"Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılıb".
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal17 Noyabr 19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin117 Noyabr 19:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya17 Noyabr 19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər







.png)


.png)



























.jpg)