İKT
Mask "məhv olmuş" platformanı "TikTok"a rəqib kimi GERİ QAYTARIR
Amerikalı sahibkar İlon Mask özünün "X" sosial şəbəkəsində qısa video platforması olan "Vine"ın mümkün qədər geri dönəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu mesaj ABŞ-da "TikTok"un qadağa olunması fonunda verilib.
“Neowin” bildirib ki, Mask yaranan boşluğu doldurmaq üçün unikal fürsət əldə etdi.
İllər ərzində sadiq izləyiciləri olan məşhur altı saniyəlik video platforması "Vine" 2017-ci ildə qəfil bağlanıb. Mümkündür ki, "Vine" funksionallığı hansısa şəkildə "X"ə daxil ediləcək, çünki Mask daha əvvəl "X"i mesajlaşma və ödənişlərdən tutmuş video və digər əyləncələrə qədər geniş spektrli xidmətləri özündə birləşdirən universal proqrama çevirməyi planlaşdırdığını bəyan etmişdi.
Qeyd etmək lazımdır ki, bu, Maskın "Vine"ı qaytarmaq üçün ilk cəhdi deyil - 2022-ci ildə o, artıq istifadəçilər arasında xidmətin geri qaytarılmasına münasibəti ilə bağlı sorğu keçirib.
"Neowin" mənbələrinə görə, "Vine"nın bərpası əhəmiyyətli səylər tələb edəcək. Lakin müvəffəqiyyət qazanarsa, xidmət ABŞ-ı tərk edən "TikTok"un yerini tuta biləcək.
“Maskın strategiyası artıq mövcud platformada - "Instagram"da qısa videolar funksiyasını özündə birləşdirən "Meta"nın yanaşmasına bənzəyir” - "Neowin" yazıb.
Nəşr qeyd edib ki, "TikTok"u ABŞ-da "basdırmaq" hələ tezdir, çünki şirkət artıq xidmətin bərpası üçün hüquqi və tənzimləyici məsələlərin həllinə çalışdığını elan edib. Bundan əlavə, yeni seçilmiş prezident Donald Tramp ABŞ-da "TikTok" blokunun açılmasında rol oynaya bilər .
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































