İKT
"Unibank" "Əjdaha" lotereyasının qaliblərinə hədiyyələri təqdim etdi
“Unibank”ın “Əjdaha” lotereyasının beşinci tirajının qaliblərinə hədiyyələr təqdim olunub.
Publika.az xəbər verir ki, lotereyanın son tirajının əsas hədiyyəsi olan "Seabreeze Park Residence-2"də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzilin sənədləri və 10 ədəd "iPhone 15 Pro" telefonu qaliblərə birbaşa təqdim edilib. Lotereyada qazanılan pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb.
“Əjdaha” lotereyasının sonuncu tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
Sonuncu tirajda iPhone 15 Pro qazanan Gülnar Əhmədova 10 ildən artıqdır Unibank müştərisidir: “Lotereyadan əvvəldən məlumatlı idim. Davamlı Unibank kartımla alış-veriş edirdim və qalib olacağıma çox inanırdım. Telefon udduğumu eşidəndə, çox sevindim. Unibank hər zaman öz müştərisinə dəyər verir”.
Aydın Əbilov da “Əjdaha” lotereyadan iPhone 15 Pro udub: “Bütün alış-verişlərimi UCard-la edirəm. Hər tirajdan sonra qaliblər siyahısında adımı axtarırdım. Bankdan zəng edəndə ki, lotereyada telefon udmusan, çox sevindim”.
Sonuncu tirajda telefon uduşunun sahibi olan Anar Əzizov əvvəlki dörd tirajın nəticələrini hər zaman izləyib: “Lotereya haqqında məlumatım var idi. Əvvəlki tirajlarda qaliblər sırasında adımı görməyəndə də, lotereyanın şəffaflığına inanmışam. Çox sevinirəm ki, sonuncu tirajda iPhone 15 Pro qazandım”.
Beşinci tirajın daha bir telefon qazanan qalibi Malik Məmmədovdur: Doğrusu, lotereya haqqında məlumatlı deyildim. Ona görə telaefonuma bildiriş gələndə inanmamışdım. Sonra “Unibank”dan zəng etdilər və bundan sonra inandım”.
Beşinci tirajın əsas hədiyyəsini- Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən birini qazanan Fərid Həsənli isə hələ də bu gözəl xəbərin təsiri altındadır: “Mənim üçün o qədər sevincli bir xəbər oldu ki, hətta günlərlə belə dəyərli hədiyyə udduğuma inanmadım. Sevincimi ifadə etmək üçün söz tapa bilmirəm və hər bir Unibank müştərisinə belə böyük sevinci yaşamağı arzu edirəm.
“Unibank”dan gələn zəng Ayaz Bayramovun da böyük xəyalının cavabı olub: “Təkrar dəqiqləşdirdikdən sonra “Əjdaha” lotereyadan ev qazandığıma inandım. Çox böyük sevincdir. “Unibank”a müştərilərini hər zaman dəyər verdiyi üçün təşəkkür edirəm!”.
Unibank kartı çox sərfəli və rahat olduğu üçün hər zaman bütün ödənişlərini UCard-la edən Ülvi İsmayılova bu dəfə sevimli kartı gözəl bir mənzil qazandırıb: “Canlı efirdən “Unibank”ın lotereyasında mənzil qazandığımı eşidəndə, çox sevindim. İlk dəfədir ki lotereyada belə qiymətli hədiyyə qazanıram. Unibank hər zaman müştərisinə verdiyi dəyəri və keyfiyyətli xidməti ilə seçilib”.
Unibank müştəriləri üçün bir sıra yeniliklər hazırlayıb. Yeni xidmət və məhsulların il ərzində müştərilərə təqdim olunması nəzərdə tutulur.
Unibank - Sənin Bankın!
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar







.jpg)









.png)

.jpg)
















