İKT
“DeepSeek”ə məhdudiyyət qoyuldu
Çin startapı “DeepSeek” güclü server çatışmazlığı səbəbindən özünün APİ xidmətinə girişə məhdudiyyəti qoyduğunu elan edib.
Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, “DeepSeek” saytında istifadəçilərə APİ-nin dayandırılması barədə xəbərdarlıq edilib.
Bu addım şirkətin servisləri üçün neqativ təsirlərdən uzaq durmaq məqsədilə atılır.
Şirkətdən bildirilib ki, balansda olan bütün mövcud vəsaitlər qorunub saxlanılacaq.
Aşağı tarifləri ilə bəzi rəqiblərini narahat edən “DeepSeek” həmçinin bildirib ki, süni intellekt modelindən istifadə rüsumlarına təqdim olunan endirimlərin müddəti fevralın 8-də bitir. Ondan sonra süni intellekt üzərində qurulmuş çat-botdan istifadəyə görə daxil olan 1 milyon tokenin tarifi 2 yuan (0,27 dollar), 1 milyon çıxış tokenlərin tarifi isə 8 yuan (1,10 dollar) təyin olunacaq. Əgər məntiqi nəticələr çıxara bilən yeni AI modeli işə salınarsa, tariflər dəyişərək daxil olan 1 milyon token üçün 4 yuan (0,55 dollar), 1 milyon çıxış tokeni üçün isə 16 yuan (2,19 dollar) təşkil edəcək.
Qeyd edək ki, “DeepSeek” daha az resurs və vəsait istifadə etməklə, yüksək nəticə əldə edən düşünmə qabiliyyətinə malik R1 süni intellekt modeli ilə Silikon Vadisində şok effekti yaratmışdı.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar







.jpg)











.jpg)
















