İKT
İnqilab başlayır: Robotlar öz nüsxələrini istehsal edəcəklər
Robot texnikası dünyasında inqilabi addım atılır. Apptronik insanabənzər “Apollo” robotunu inkişaf etdirərək robotların öz növünü istehsal edə bildiyi dövrə başlayır.
Publika.az xəbər verir ki, robotlar artıq həm də özlərinin nüsxələrini istehsal etmək üçün işləyəcəklər.
Apptronik və mühəndislik nəhəngi “Jabil” arasında yeni əməkdaşlıq sayəsində “Apollo” robotları öz nüsxələrini istehsal etmək üçün montaj xətlərində yerləşdiriləcək. Robotların özlərini kopyalaya bilməsi ilə yanaşı, bu texnologiyanın istehsal proseslərinə inteqrasiyası da başlanacaq.
“Apollon” robotunun boyu 173 sm-dir, bir dəfə enerji ilə dörd saat işləyə və 25 kq-a qədər yük daşıya bilir. Hazırda əsas logistika missiyalarında istifadə olunan “Apollo” gələcəkdə montaj proseslərində aktiv rol almaq üçün hazırlanır. Apptronikin əsas məqsədi robotun istehsaldan başqa pərakəndə satış, yaşlılara qulluq və evdə istifadə kimi sahələrdə istifadə etməkdir.
“Apollo”nun qiyməti hələ açıqlanmayıb. Onun rəqibləri arasında “Unitree”nin modeli 16 000, “Tesla”nın “Optimus” modeli isə 20 000-30 000 dollar arasında satılır.
Bir çox sənayedə inqilab edəcək bu inkişaf ənənəvi fabriklərdən ağıllı istehsal müəssisələrinə keçidi sürətləndirəcək.
Aysel Şahmar
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH







.jpg)




.png)

.jpg)



.jpg)
















