İKT
Publika.az və Teleqraf.az 13 yaşında
Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az və Teleqraf.az ( indi agentlik kimi fəaliyyət göstərir) saytlarının 13 yaşı tamam olur.
Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.
Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.
Portal özündə bir neçə bölməni birləşdirir. Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Bilgi.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman, Layihələr bölmələrinin hər biri alt qruplardan ibarətdir. Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.
Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın ilk gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.
Bu müddət ərzində Publika.az-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!
Qeyd edək ki, 7 fevral 2025-ci ildən “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında “Teleqraf İnformasiya Agentliyi” (www.teleqraf.az www.teleqraf.com) fəaliyyətə başlayıb.
Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.
Bütün ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb.
Bundan başqa, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşı olan iki ölkədə - Türkiyə və Gürcüstanda agentliyin müxbir postları təsis olunub.
“Teleqraf İnformasiya Agentliyi” Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri geniş işıqlandırır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.
Tərəfsiz informasiya siyasəti həyata keçirən “Teleqraf İnformasiya Agentliyi” geniş kollektivə malikdir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.
Məhz bunun nəticəsidir ki, hər iki KİV-in sözünə etimad göstərən sadiq oxucu auditoriyası formalaşıb. 13 ildir bizi tək qoymadıqlarına görə oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH







.jpg)




.png)

.jpg)



.jpg)
















