İKT
Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı
Süni intelekt həyatımızın hər sahəsinə sürətlə inteqrasiya edir. Hətta gələcəkdə bütün işlərin süni intelekt tərəfindən görüləcəyini təxmin etmək çətin deyil. Bu isə insanlarda gələcəkdə işsiz qalmaq qorxusu yaradır. Ancaq süni intellektin görə bilməyəcəyi işlər də var.
Publika.az xəbər verir ki, bu barədə "Microsoft"un qurucusu Bill Qeyts diqqətçəkən açıqlama verib. O, süni intellektin gələcəkdə bir çox işi ələ keçirəcəyi ilə bağlı proqnozları təsdiqləsə də, bəzi peşələrin bundan təsirlənməyəcəyini bildirib.
Qeytsin fikrincə, həmin 3 peşə bunlardır: proqram tərtibatçılığı, bioloq və enerji mütəxəssisliyi. Qeyts qeyd edib ki, proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri süni intellektin geniş yayılmasına baxmayaraq, uzun müddət öz əhəmiyyətlərini qoruyacaqlar. Çünki bu sahələr hələ də insan təcrübəsi və müdaxiləsi tələb edəcək.
"Süni intellekt təkrarlanan işlərdə tətbiq olunacaq, mürəkkəb təhlil, texniki bilik və yaradıcılıq tələb edən işlərdə isə insan gücünü tam əvəz etmək olmayacaq", - deyə Qeyts vurğulayıb.
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi







.jpg)





.png)





.jpg)

.jpg)
















