İKT
Maskı ələ salan paylaşıma 520 min bəyənmə gəldi
"Assassin's Creed Shadows" oyununun nümayəndələri milyarder İlon Maskı ələ salıb.
Publika.az xəbər verir ki, milyarderin oyunu təbliğ edən Hasan Payker haqqında mənfi fikir bildirməsi "X" sosial şəbəkəsində müzakirələrə səbəb olub. Mask onu "pul üçün pis layihəni" təbliğ etməkdə ittiham edib.
Rəsmi "Assassin's Creed" hesabından reaksiya isə gecikməyib. "Bunu sizə Path of Exile 2-ni oynayan şəxs dedi?", - cümləsi ilə Maska ironik şəkildə cavab verilib.
Bu ifadə "Path of Exile 2"də oyun bacarıqları ilə öyünən Maskın personajlarının başqa insanlar tərəfindən yüksək səviyyəyə qaldırıldığının üzə çıxmasına işarədir. Belə ki, Mask "ən yaxşı oyunçulardan biri" olduğunu iddia etsə də, onun oyun mexanikası haqqında ümumiyyətlə anlayışı olmadığı anlaşılmışdı.
Milyarderə verilən cavab onlayn aləmdə maraqla qarşılanıb. Belə ki, həmin posta 520 mindən çox bəyənmə gəlib və 28 milyondan çox baxış olub. Maskın qalmaqalı başladan tənqidi paylaşımı isə cəmi 27 000 bəyənmə toplaya bilib.
Ləman
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi







.jpg)





.png)





.jpg)

.jpg)
















