İKT
Yenilik: Smartfonların akkumulyatoru belə olacaq
"Realme" şirkəti 8000 mAh batareyaya malik smartfonu sınaqdan keçirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "PhoneArena" portalı məlumat yayıb.
İnsayderlərin fikrincə, "Realme"nin batareya tutumunu artırmaq təşəbbüsü digər Çin istehsalçılarını yarışına qoşulmağa sövq edib. Məsələn, "Honor" artıq oxşar batareya ilə orta büdcəli model hazırlayır.
Akkumulyatorun tutumunun artırılması silikon-karbon anodlarının istifadəsi sayəsində mümkün olub. Silikon qrafitdən 10 dəfə çox litium ionunu saxlaya bilir, bu da daha yığcam və səmərəli batareyalar əldə etməyə imkan verir.
8000 mAh batareyaya malik "Realme" smartfonunun flaqman "GT 8 Pro" olacağı gözlənilir. Orta səviyyəli "Honor" cihazının stereodinamikləri və "Snapdragon 7" seriyalı çipi ilə təchiz olunacağı da söylənilir. Bu smartfonların buraxılış tarixləri hələ açıqlanmayıb.
Bildirilir ki, "Samsung" çox güman ki, bu texnologiyanı flaqman "Galaxy S26" seriyasında istifadə edən ilk şirkət olacaq. "Apple" isə hələlik litium-ion batareyalardan istifadə etməyə davam edəcək.
Adəm
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi







.jpg)





.png)





.jpg)

.jpg)
















