İKT
“Starlink” qurğuları ölkəyə buraxılmır? - RƏSMİ CAVAB
"Starlink" internet xidmətinin Azərbaycanda fəaliyyətə başlamasına baxmayaraq, sifarişçilərin sözügedən cihazı ölkəyə gətirmələrində problemlərlə üzləşdiyi iddia olunurdu. Belə ki, sözügedən qurğunun gömrükdə rəsmiləşdirilməsində süni əngəllərin yaradılmasının yekunda məhsulun sifarişçiyə gəlib çıxamamasına səbəb olması ilə bağlı iddialar yayılıb.
Yayılmış iddialarla bağlı Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilmişdi ki, sifarişçi gömrükdə belə problemlə üzləşməməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xüsusi icazə almalıdır.
Publika.az xəbər verir ki, artıq yayılan iddialarla bağlı RİNN-də öz mövqeyini bildirib.
Belə ki, nazirlikdən qeyd olunub ki, sözügedən avadanlıqlar "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, kosmik peyk rabitə vasitəsi kimi təsnifləşdirilib.
"Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 4-cü bəndinə əsasən, həmin əşyaların mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir", - deyə məlumatda vurğulanıb.
Sadə dildə ifadə etsək, sifarişçi gömrükdə "Starlink" qurğularının ölkəyə keçirilməsində problemlərlə qarşılaşmaması üçün RİNN-dən xüsusi icazə almalıdır. Yalnız bundan sonra sözügedən avadanlıqlar istifadəçilər üçün əlçatan ola bilər.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?







.jpg)








.jpg)



.jpg)


















