İKT
"Azərkosmos"da ciddi nöqsanlar aşkarlandı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə ("Azərkosmos") 2022–2023-cü illəri əhatə edən dövr üzrə dövlət büdcəsi vəsaitinin istifadəsi ilə bağlı aparılmış audit nəticəsində bir sıra ciddi maliyyə pozuntuları aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bildirilir.
Məlumata görə, Agentlik 2022-ci ildə əməliyyat və maliyyələşdirmə fəaliyyətləri üzrə müvafiq olaraq 3,1 milyon manat (10 %) və 4,1 milyon manat (6 %) çox, investisiya fəaliyyəti üzrə isə 4,6 milyon manat (45 %) az xərc icra edib.
2023-cü ildə bu göstəricilər müvafiq olaraq 4,1 milyon manat (12 %) və 33,8 milyon manat (63 %) çox, investisiya fəaliyyəti üzrə isə 3,2 milyon manat (54 %) az olub.
Hesabatda göstərilib ki, 2022-ci ildə 9,6 milyon manat məbləğində 61, 2023-cü ildə isə 10,4 milyon manat məbləğində 94 satınalma müqaviləsi bir mənbədən satınalma üsulu ilə bağlanıb. Lakin bu zaman “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyib, ehtimal olunan qiymətlər isə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodologiyaya uyğun hesablanmayıb.
Bundan əlavə, açıq tender metodu tətbiq edilmədən 2022-ci ildə 945,3 min manat, 2023-cü ildə isə 2,2 milyon manat məbləğində müqavilələr birbaşa bağlanıb. Eləcə də ixtisas tələblərinə cavab verməyən podratçı ilə 110 min manatlıq müqavilə imzalanıb.
Audit dövründə 395,7 min manat artıq ödənişin həyata keçirildiyi, 14,1 milyon manatlıq müqavilə üzrə isə yerinə yetirilmə təminatının alınmadığı və icra edilməyən öhdəliklərə görə cərimələrin tətbiq olunmadığı məlum olub.
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində alınmış 5 451 ədəd hədiyyə (315 min manat) və digər xərclərlə bağlı müvafiq mühasibat uçotu qaydalarına riayət olunmayıb, 154,1 min manatlıq normadan artıq hədiyyə alışı müəyyən edilib.
Bundan əlavə, qeyri-rezident hüquqi şəxslərə göstərilən xidmətlər üzrə 26,5 min manat ƏDV-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib. Ümumilikdə, müxtəlif nöqsanlara görə dövlət büdcəsinə ümumilikdə on minlərlə manatlıq vergi vəsaitlərinin daxil olmaması, mühasibat uçotunda isə yanlışlıqla bir sıra aktivlərin xərclər kimi tanınması halları müəyyən edilib.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?







.jpg)








.jpg)



.jpg)


















