İKT
"Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi
ABŞ-dakı məhkəmə "Google"u onlayn reklam sahəsində inhisarçı kimi tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə dərc olunmuş qərarda deyilir.
Məhkəmə müəyyən edib ki, "Google"un reklam yayımına yanaşmaları antiinhisar qanunlarını pozur.
"İddiaçı göstərdi ki, "Google" reklam serverində monopoliya əldə etmək və internetdə reklamların nümayişi üçün mübadilə bazarı əldə etmək məqsədilə bilərəkdən bir sıra rəqabətə zidd hərəkətlərə yol verib", - nəşr qeyd edir.
Sənəddə iddia edilib ki, on ildən artıqdır ki, "Google" reklamda öz inhisar gücünü qurub və qoruyub və rəqiblərini məhdudlaşdırıb.
Qeyd edilib ki, iddiaçı Amerika hökuməti olub. Məhkəmə tərəflərə internet nəhənginin inhisarçı kimi tanınmasından sonra gələcək hərəkətləri ilə bağlı mövqelərini formalaşdırmaq üçün vaxt verib.
2024-cü ildə Amerika məhkəməsi "Google"u axtarış bazarında inhisarçı kimi tanıyıb. Qeyd edilib ki, ilkin quraşdırma üçün tərəfdaşlara çoxmilyardlı ödənişlər sayəsində şirkət onlayn axtarış bazarının təxminən 90%-nə, smartfonlarda isə 95%-nə nəzarət edir.
Bundan əvvəl Böyük Britaniyada "Google"a qarşı 5 milyard funt sterlinqlik qrup iddiası qaldırılmışdı.
Hüseyn İbadlı
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək







.jpg)




.jpg)








.jpg)


















