İKT
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirildi
Medianın İnkişafı Agentliyində “Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)















.jpg)















