İKT
Meksika "Google"u məhkəməyə verdi
Meksika hakimiyyəti "Google" korporasiyasını məhkəməyə verib.
Publika.az xəbər verir ki, buna səbəb "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adının Amerika körfəzi kimi dəyişdirilməsidir.
Ölkə prezidenti Klaudia Şeynbaum mətbuat konfransı zamanı bu barədə söyləyib: "Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir".
O, Meksikanın tələbinin nə olduğunu da açıqlayıb: "Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur".
Prezident vurğulayıb ki, onlar öz ərazilərində yerləşən hissəni istədikləri kimi adlandıra bilərlər. Amma Meksikaya aid olan hissənin adını dəyişmək olmaz.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)















.jpg)















