İKT
Durov "WhatsApp"ın hiyləgər planını İFŞA ETDİ
"Telegram"ın yaradıcısı Pavel Durov "WhatsApp"ı "Telegram" kanallarında "Telegram"ı tənqid edən şərhləri pulla almaqda ittiham edib.
Publika.az xəbər verir ki, sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb.
Paylaşımlarda "Telegram" mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, "WhatsApp" isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün "yaxşı" kimi göstərilir.
"Rəqiblərimiz çarəsizləşib və "Telegram" kanallarında özlərini reklam etməyə başlayıblar. Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər. Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı", - Durov yazıb.
O əlavə edib ki, "Telegram" texnoloji cəhətdən "WhatsApp"ı illərlə qabaqlayır. Onun sözlərinə görə, bu boşluq hər ay artır.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)















.jpg)















