İKT
Bu telefonların ömrünə cəmi 10 gün qaldı - SİYAHI
Texnologiya nəhəngi "Xiaomi" 2025-ci ilin iyun ayından etibarən yenilənmə dəstəyi dayandırılacaq telefon modellərini yeniləyib.
Publika.az xəbər verir ki, siyahıya "Redmi" və "POCO" brendlərinə aid 7 ağıllı telefon daxildir. Bu cihazlar texniki olaraq işləməyə davam etsə də, tezliklə təhlükəsizlik riskləri və proqram uyğunluğu problemləri ilə üz-üzə qalacaqlar.
İyunda "istifadə müddəti bitəcək" modellər:
Redmi Note 11T Pro
Redmi Note 11T Pro+
Redmi K50i
POCO X4 GT
POCO C40
Redmi K40S
POCO F4
Bu modellər iyun 2025-dən etibarən Android yeniləmələri və təhlükəsizlik düzəlişləri almayacaq.
Bir cihazın yenilənmə siyahısından çıxarılması, sadəcə yeni Android versiyalarının gəlməməsi demək deyil. Bu həm də:
Təhlükəsizlik boşluqlarının bağlı qalmayacağı,
Yeni proqramların uyğunsuz ola biləcəyi,
Sistem xətalarının düzəldilməyəcəyi və
Cihazın kiber hücumlara açıq hala gələcəyi mənasına gəlir.
Yəni telefon işləsə belə, istifadəçi üçün təhlükə artacaq.
Əgər siz də yuxarıda adı çəkilən modellərdən birini istifadə edirsinizsə, iyun 2025-dən əvvəl məlumatlarınızı ehtiyat nüsxə ilə saxlamanız və mümkün qədər tez yeni bir cihaz almanız tövsiyə olunur. (Milli.Az)
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)














.jpg)















