İKT
“WhatsApp”a rəqib gəldi
Amerikalı milyarder İlon Mask “XChat” adlı təhlükəsiz mesajlaşma xidmətini təqdim edib.
Publika.az xəbər verir ki, "X"dəki bu funksiya “WhatsApp”, “Telegram” və “iMessage” kimi mesajlaşma platformalarına birbaşa rəqib olaraq, məxfiliyə, fayl paylaşımına və platformalararası zənglərə diqqət yetirir.
Maskın sözlərinə görə, “Xchat” sürəti və yaddaş təhlükəsizliyi ilə tanınan “Rust” proqramlaşdırma dilindən istifadə edilərək, tamamilə sıfırdan qurulub.
O, iddia edir ki, tətbiqdə indi “Bitcoin” tipli şifrələmədən istifadə edilir, bu da mesajlaşma funksiyalarına yeni məxfilik səviyyəsini əlavə edir. Başdan sona şifrələmə sayəsində “XChat”da söhbətlər tamamilə məxfi qalır – onları yalnız göndərən və qəbul edən şəxs görür. Bildirilir ki, istifadə olunan şifrələmə üsullarının kriptovalyuta şəbəkələrində istifadə edilənləri xatırladır, bu da yüksək məlumat təhlükəsizliyi standartı vəd edir.
“XChat” hazırda məhdud sayda beta testerləri üçün əlçatandır.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı







.jpg)




.jpg)



.jpg)


.png)



.jpg)
















