İKT
"Telegram" iki sistemdə çökməyə başladı
"Telegram" istifadəçiləri messencerin "Windows" və "macOS" əməliyyat sistemləri üçün iş masası versiyalarında sistem nasazlığı ilə üzləşiblər.
Publika.az xəbər verir ki, problem son yeniləmənin buraxılmasından sonra yaranmağa başlayıb.
Şikayətlərə görə, proqram göndərilən mesajla qarşılıqlı əlaqə yaratmağa cəhd edərkən, xüsusən də sağ kliklədikdə gözlənilmədən bağlanır. Bu, artıq göndərilmiş mətnləri redaktə etməyi və ya silməyi qeyri-mümkün edir.
"Hi-Tech"in yoxlaması bu problemin mövcudluğunu təsdiqlədi, lakin bəzi nüanslarla: "Windows"da problem əsasən qrup çatlarında müşahidə olunur. "macOS"da isə xəta bütün istifadəçilər üçün baş vermir. "Linux" da isə belə hallar müşahidə edilməyib.
Bu, ilk hal deyil: 2023-cü ilin sonunda "Windows 11" istifadəçiləri oxşar xəta barədə məlumat vermişdilər, lakin bu, tez bir zamanda aradan qaldırılıb.
"Telegram" yeniləməsi iyunun 3-də təqdim edilib və istifadəçilərə HD şəkillər göndərmək, səsli mesajları redaktə etmək və birbaşa kanal administratorları ilə əlaqə saxlamaq imkanı verib.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı







.jpg)







.png)

.jpg)



.jpg)
















