İKT
Bir sıra onlayn xidmətlər "TORA DÜŞDÜ" - Dünyada nə baş verir?
"Spotify", "Google", "Snapchat" və "Discord" daxil olmaqla, bütün dünyada onlayn xidmətlərdə fasilələr yaşanır.
Publika.az xəbər verir ki, bu barədə "Downdetector" istifadəçilərdən daxil olan müraciətlərə istinadla məlumat yayıb.
Bakı vaxtı ilə saat 23:18-ə olan məlumata görə, "Spotify" kəsintilərlə bağlı 46 000-dən çox şikayət alıb ki, onların əksəriyyəti (74%) proqramın zəif işləməsi ilə bağlı olub.
"Google bulud" xidmətləri 14 000 dəfədən çox, "Google Meet" 8 600 və "Google" özü 10 500 dəfə bildiriş alıb.
Daha 11.000 nəfər "Discord", 6.000 nəfər "Amazon", 5.300 nəfər isə "Snapchat"dan şikayət edib.
Dünyanın hər yerindən istifadəçilər digər xidmətlərdən, o cümlədən "Pokemon TCG" tətbiqindən, "Cloudflare", "Etsy", "Box", "OpenAI", "YouTube" və başqalarından şikayətlənirlər.
Problemlərlə bağlı xidmətlərdən heç biri rəsmi açıqlama yaymayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı







.jpg)







.png)

.jpg)



.jpg)
















