İKT
Tarixdə görünməmiş kiber hücum: 16 milyard hesab təhlükədə - Şifrələrinizi dərhal dəyişin!
Kiber təhlükəsizlik sahəsi hazırda tarixin ən böyük məlumat sızıntısı təhlükəsi ilə üz-üzədir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədqiqatçılar 30 fərqli verilənlər bazasından ibarət 16 milyard hesab məlumatının sızdırıldığını açıqlayıb.
Məlumata görə, “Facebook”, “Instagram”, “Gmail”, “Telegram” və digər məşhur platformalar bu sızmadan təsirlənib. Sızan məlumatlar arasında istifadəçi adları, şifrələr, çərəzlər, giriş tokenləri və digər kritik metaverslər yer alır. Bu isə hesabların ələ keçirilməsi və fişinq hücumları riskini artırır.
Araşdırmalara görə, bu məlumatların böyük hissəsi əvvəl heç yerdə açıqlanmamış yeni sızıntılardan qaynaqlanır. Əlavə olaraq, iki faktorlu doğrulama istifadə etməyən hesablar xüsusilə həssas vəziyyətdədir.
Ekspertlərə görə, bu sızıntı dünyada 5,5 milyarddan çox internet istifadəçisinin bir neçə hesabına təsir edə bilər. Bu məlumatlar kiber cinayətkarların fırıldaqçılıq və maliyyə oğurluqları üçün istifadə edə biləcəyi ciddi bir bazadır.
Nə etməliyik?
Kiber təhlükəsizlik mütəxəssisləri tövsiyə edir ki, bütün şifrələrinizi dərhal dəyişin. Uzun, kompleks və fərqli şifrələrdən istifadə edin. İki faktorlu identifikasiya (2FA) sistemini bütün platformalarda aktiv edin. Şübhəli linklərə və e-maillərə klikləməyin.
Eyni zamanda, şübhəli vəziyyətlərlə bağlı rəsmi qurumlara müraciət etmək tövsiyə olunur.
Roza
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)




.jpg)





.jpg)




.jpg)















