İKT
Qazaxıstan süperkompüteri işə salır - 10 gün qaldı...
Qazaxıstanda süperkompüterin istifadəyə verilməsi qarşıdakı on gün ərzində baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə “Kazakhtelecom” ASC-nin İdarə Heyətinin sədri, Qazaxıstanın rəqəmsal inkişaf üzrə keçmiş naziri Baqdat Musin "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Bu texnologiya texnogen qəzaların proqnozlaşdırılması, şəhər trafikinin analiz olunması və süni intellekt məhsullarının xarici serverlərə ehtiyac olmadan işə salınması kimi imkanlar yaradacaq.
Süperkompüter dövlət qurumları, milli şirkətlər və korporativ sifarişçilər üçün əlçatan olacaq. Onun vasitəsilə texnogen qəza və risklər hadisədən xeyli əvvəl modelləşdirilə, şəhər trafikinin proqnozlaşdırılması həyata keçirilə, həkimlərə böyük məlumat bazası əsasında daha tez diaqnoz qoymaqda yardım edilə bilər.
Qeyd edək ki, Mərkəzi Asiyanın ən güclü süperkompüteri hesab edilən bu cihaz NVIDIA H200 qrafik çipləri əsasında qurulub və təqribən 2 eksaflops gücündədir.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)




.jpg)





.jpg)




.jpg)















