İKT
"Windows 11"in son versiyası: Hansı yeniliklər var?
"Microsoft" korporasiyası "Windows 11 - 25H2"nin yeni versiyasını təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin saytındakı bloqda məlumat verilib.
Əməliyyat sistemi (OS) üçün əsas yeniləmə "Windows Insider" beta test layihəsinin iştirakçıları üçün əlçatan olub. Korporasiya ilin ikinci yarısında 25H2 ictimai versiyasının görünüşünü elan edib. "Microsoft" nümayəndələri qeyd ediblər ki, onlar yeniləməni optimallaşdırıblar.
Bundan əlavə, şirkət yeniləmənin yerləşdirilməsi prosesini sadələşdirib - bunun üçün kompüterin yalnız bir dəfə yenidən işə salınması tələb olunacaq. Həmçinin, 25H2 və 24H2 yeniləmə paketləri eyni mənbə koduna malikdir və bu, yeni versiyaya keçidi asanlaşdırır.
“Bu o demək deyil ki, siz sınaqdan keçirməməlisiniz, lakin siz OS uyğunluğunun tam dəstinə deyil, yeni funksiyaların yoxlanılmasına diqqət yetirə bilərsiniz”, - İT nəhənginin nümayəndəsi Ceyson Leznek bildirib.
Korporasiya yeni OS funksiyalarını açıqlamayıb, lakin qeyd edib ki, yeniləmənin buraxılması ilə hazırkı OS-nin həyat dövrü uzadılacaq. Adi istifadəçilər və təhsil müəssisələri üçün “Windows 11” sistemi ilə işləyən qurğular 2 il, "Enterprise" versiyalı fərdi kompüterlər 3 il müddətinə dəstəklənəcək.
Adəm
-
Nida Xəbər 09:57Azərbaycanda vəzifəli şəxs həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi














.jpg)























