İKT
Narazıların sayı artır: Bu ölkə də Maksın sosial şəbəkəsinə qarşı cinayət işi açdı
Fransa prokurorları amerikalı milyarder İlon Maska məxsus şirkətin alqoritmlərini "xarici müdaxilə" məqsədilə manipulyasiya etməsi ilə bağlı "X" sosial media saytı ilə bağlı cinayət işi açıb.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Hakim Lore Becco deyib ki, prokurorlar artıq təhqiqat başladıb və sosial şəbəkənin alqoritmlərini dəyişdirərək və saxtakarlıqla istifadəçilərdən məlumat əldə etməklə Fransa qanunlarını pozub-pozmadığını araşdırıblar.
O bildirib ki, cinayət təhqiqatı yanvar ayında başlanmış istintaqın davamıdır və bir millət vəkilinin və adı açıqlanmayan yüksək vəzifəli dövlət məmurunun şikayətlərinə əsaslanır.
Bildirilir ki, yanvar ayında istintaqa səbəb olan şikayətdə "X" “Fransada demokratik müzakirələri təhrif etmək məqsədi daşıyan külli miqdarda nifrət, irqçi, anti-LGBT+ və homofob siyasi məzmun yaymaqda” ittiham olunub.
İstintaq "X"-nin Paris və Brüsseldəki tənzimləyicilərinin getdikcə daha çox tənqid atəşinə tutulduğu bir vaxta təsadüf edir.
Qeyd edək ki, Avropa Komissiyası, demək olar ki, iki ildir Maskın platforması ilə bağlı ayrıca araşdırma aparır və onun platformalar haqqında mühüm tənzimləməni, Rəqəmsal Xidmətlər Qanununu pozmaqda ittiham edir.
Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?







.jpg)















.jpg)















