İKT
Deputatlardan "WhatsApp" çağırışı: Milli təhlükəsizliyə təhdiddir
Rusiya parlamentinin aşağı palatası olan Dumanın bir neçə deputatı “WhatsApp”-a qadağa qoyulmasını istəyib.
Publika.az xəbər verir ki, bu barədə Dumanın İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin “TASS”-a açıqlama verib.
O, “WhatsApp”-ın Rusiyada "ekstremist təşkilat" olaraq təyin olunan “Meta” şirkətinə məxsus olduğunu xatırladıb.
Dumanın İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin də platformanın ölkədəki taleyinə möhür vurulduğunu qeyd edib: "Rusiyanın rəqəmsal məkanında belə bir xidmətin olması milli təhlükəsizliyin pozulmasıdır. Ona görə də onun dost olmayan ölkələrdən məhdudiyyətlərə məruz qalan proqramlar siyahısına daxil edilməsi an məsələsidir".
Qeyd edək ki, “WhatsApp”ın sahibi olan “Meta” şirkəti Rusiyada “ekstremist təşkilat” elan edilib.
Roza
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?







.jpg)















.jpg)















